“Borussiya” (Dortmunt) Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda sabah “Sabah”ın qonağı olacaq. 

Offsideplus.az xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Niko Kovaç media önünə çıxıb:

“İkinci dəfədir Azərbaycana gəlmişəm. Gözəl, əyləncəli ölkədir. Oyuna hazırlaşmışıq. Bəzi işləri çatdırmadıq, sabah da hazırlıq olacaq”.

Çalışdırıcı rəqibin üstünlükləri haqqında danışıb:

“Dambrauskası əvvəldən tanıyıram. 2017-də yaranmış kluba qarşı oynayacağıq. Rəqibi çox ciddiyə alırıq. Dik qalmalıyıq. Keyfiyyətimizi göstərməliyik. Sabah qalib gəlmək lazımdır”.

“Rəqibimizə böyük hörmət edirik. Biz favoritik, qələbə qazanmalıyıq. Motivasiyamız yüksəkdir”.

Son 3 oyunda qələbə qazana bilmənək barədə:

“Mən gələndə 11-ci idik. Müqayisə etmək olmaz. “Verder”lə oyunda dominant idik”.