"Barselona"nın prezidenti Joan Laporta "Real Madrid"in uğursuzluqlarını hakimlərə yönəltməklə diqqəti yayındırmağa çalışdığını bildirib.
Offsideplus.az xəbər verir ki, Laporta iki klub arasında münasibətlərin artıq mövcud olmadığını və hazırda açıq qarşıdurma yaşandığını vurğulayıb.
O qeyd edib ki, "Real Madrid" həm meydanda, həm də institusional baxımdan etimadı itirib və rəhbər strukturlarda artıq təmsil olunmur.
Laporta əlavə edib: "Onlar səhv yola üz tutublar və bunun əvəzini ödəyirlər. Bahalı oyunçular üçün böyük məbləğlər xərcləsələr də, gözlənilən nəticəni əldə edə bilmirlər".


