Fransa millisinin sabiq üzvü, "Arsenal" və "Barselona"nın keçmiş hücumçusu Tieri Anri və britaniyalı jurnalist Keyt Skott 2026-cı il "Qızıl top" mükafatının təqdimetmə mərasimini aparacaq.

Offsideplus.az xəbər verir ki, 70-ci dəfə keçiriləcək bu nüfuzlu tədbir 26 oktyabrda Londondakı "Palladium" teatrında baş tutacaq. Tieri Anri karyerası ərzində doqquz dəfə "Qızıl top"a namizəd olub və 2003-cü ildə ikinci yeri tutub. O, 1998-ci ildə dünya çempionu, 2009-cu ildə isə Çempionlar Liqasının qalibi adını qazanıb. Keyt Skott isə beynəlxalq arenada tanınan jurnalistdir və hazırda Çempionlar Liqasının oyunlarını CBS Sports kanalında şərh edir. Onlar tez-tez birgə layihələrdə çıxış edirlər.