Tobias Harris "San Antonio Spurs"un heyətində mövsümün ilk qarşılaşmasında meydana çıxa bilməyəcək.

Offsideplus.az xəbər verir ki, təcrübəli forvard sol baldır əzələsində yüngül dartılma səbəbindən bərpa prosesini tam başa çatdırmayıb. Baş məşqçi Mitch Johnson bildirib ki, Harris formaya düşməkdə davam edir, lakin tam hazır olması üçün əlavə məşqlərə ehtiyac var. Bu səbəbdən, yayda "San Antonio Spurs"la 31 milyon dollar dəyərində ikiillik müqavilə imzalayan Harris komandanın "Oklahoma City Thunder"ə qarşı ilk oyununu buraxacaq.