Qadınlardan ibarət "Turan" voleybol komandası bu gün Çempionlar Liqasında ilk oyununa çıxacaq.
Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi II təsnifat mərhələsində Xorvatiyanın "Mladost" klubu ilə üz-üzə gələcək.
Tovuz İdman Kompleksində baş tutacaq qarşılaşma saat 19:00-da başlayacaq.
Cavab oyunu oktyabrın 29-da Xorvatiyada baş tutacaq.


