Baş məşqçi Roberto De Zerbi 'Tottenhem'in mövsümdə Premyer Liqadakı ilk qələbəsindən sonra fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, yeddinci turda 'Tottenhem' 'Koventri' üzərində 3:1 hesablı qələbə qazanıb. De Zerbi nəticədən, komandasının münasibətindən, xarakterindən və buraxılan qoldan sonra göstərdiyi reaksiyadan məmnun olduğunu bildirib. "Düzünü desəm, son oyunlarla müqayisədə bu dəfə o qədər də yaxşı oynamadıq. Rəqib müdafiədə kompakt və intizamlı çıxış etdi, buna görə onları təqdir etmək lazımdır. Ola bilsin, üç müdafiəçi ilə oynadığımız üçün bir qədər oxunaqlı idik. Bu qərarı əsasən zədələrə görə verdik. Sağ cinahda Kudus, solda Robertson, həmçinin üç fərqli tipli 'on nömrə' ilə oynadıq. Bu sxemlə iki qol vurduq, amma Solankenin də adını çəkmək lazımdır, o, çox yaxşı təsir bağışladı. Kulushevskinin qayıdışı isə əsl bayram idi, matçdan sonra paltardəyişmə otağında bunu qeyd etdik. Bu günkü qələbədə ən önəmli məqam məhz budur. İndi başa düşməliyik ki, qələbə qazanmağa qadirik. İki-üç belə mövsümdən sonra psixoloji amil həlledici olur. Azarkeşlərə təşəkkür etməliyik, xüsusilə oyunun son hissəsində möhtəşəm idilər və çox əziyyət çəkiblər. İrəliləməliyik, oyunumuzu yaxşılaşdırmalıyıq, amma çox yaxşı komandamız var", – deyə De Zerbi vurğulayıb.