Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində III tur start götürəcək.
Offsideplus.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" "Borussiya"nı (Dortmund) qəbul edəcək.
Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşma saat 20:45-də başlayacaq.
Ötən həftə "Slaviya"nı məğlub edən "Sabah" 3 xalla 22-ci yerdədir. Eyni xala malik olan "Borussiya" isə daha yaxşı top fərqinə görə, 18-ci yerin sahibidir.
UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 3-cü tur
20:45. "Sabah" - "Borussiya" (Dortmund)
Hakimlər: Xavyer Alberola, Alfredo Moreno, Karlos Alvarez Fernandes, Viktor Qarsiya Verdur (hamısı İspaniya)
VAR: Sezar Soto Qrado (İspaniya)
AVAR: Valentin Qomez (İspaniya)
Bakı Olimpiya Stadionu


