İtaliyalı məşqçi Klaudio Ranyeri 75 yaşını qeyd edir.
Offsideplus.az xəbər verir ki, hazırda İtaliya millisinin texniki direktoru vəzifəsində çalışan Ranyerini bu münasibətlə "Roma", "Yuventus" və "Monako" klubları sosial şəbəkələrdə təbrik ediblər. İtaliya milli komandasının mətbuat xidməti də məşqçiyə xoş arzularını çatdırıb.
Qeyd edək ki, Ranyeri karyerası ərzində "Napoli", "Fiorentina", "Valensiya", "Atletiko", "Çelsi", "Yuventus", "Roma", "İnter", "Lester" kimi klublarda çalışıb. Maraq üçün bildirək ki, "Lester" Ranyerinin rəhbərliyi altında ilk dəfə İngiltərə çempionu olsa da, bu xəbər dərc olunanadək klub məşqçini ictimai şəkildə təbrik etməyib.


