"Barselona" Çempionlar Liqasının PSJ ilə oyunu öncəsi sosial şəbəkələrdə paylaşdığı video ilə azarkeşlərin tənqidinə tuş gəlib.
Offsideplus.az xəbər verir ki, klubun mətbuat xidməti Rodri, Lamin Yamal, Qabriel Jezuz və Brayan Farinyasın "Park-de-Prens" stadionunun dəhlizlərində gedişini əks etdirən görüntüləri yayımlayıb. Videoya "Biz qorxmuruq" şərhi əlavə olunub. Lakin bu paylaşım birmənalı qarşılanmayıb və bəzi azarkeşlər videonu tənqid edərək klubdan həmin postu silməyi tələb ediblər. "Belə paylaşım edirsinizsə, deməli, həqiqətən qorxursunuz", – deyə bir azarkeş bildirib. Digəri isə "Dünyanın ən böyük klubunun hesabını idarə edirsən. Klub və azarkeşlərinə hörmət göstər, bu paylaşımı sil" sözlərini yazıb.


