"Real Madrid"in qapıçısı Tibo Kurtua "Barselona" ilə qarşıdakı El Klasiko barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, La Liqanın 10-cu turunda "Barselona" və "Real Madrid" "Kamp Nou"da üz-üzə gələcək. "Barselona" indiyədək keçirdiyi 9 oyunun hamısında qalib gəlib və turnir cədvəlinə başçılıq edir. "Real Madrid" isə liderdən 6 xal geri qalır.

Kurtua bildirib: "Düşünürəm, biz bu oyuna tam hazırıq. El Klasiko həmişə xüsusi qarşılaşmadır. Bəzən bir komanda daha yaxşı formada olur, amma belə oyunlarda şanslar həmişə bərabərdir. "Real Madrid" heç vaxt El Klasikoya autsayder kimi çıxmamalıdır. Əvvəllər bu oyunları televiziyadan izləyirdim. "Atletiko"da oynayanda həmin həftə səfərdə olurduqsa, bütün komanda birlikdə matçın nəticəsini proqnozlaşdırırdıq. Hətta "Çelsi"də çıxış edəndə də bu qarşılaşmaları səbirsizliklə gözləyirdim. Son iki mövsümdə bizdə enişlər daha çox olub, amma parlaq anlar da yaşanıb. Ümid edirəm, bu il vəziyyəti dəyişə biləcəyik. Bazar günü mütləq qalib gəlməliyik.

Bəzən El Klasikoda ulduz oyunçular çatışmırdı. İndi isə bizdə Mbappe, Vinisius, Bellinqem, "Barselona"da isə Rafinyo və Yamal var. Lamin çox istedadlı futbolçudur, əla çıxış edir. El Klasiko həmişə gərgin və prinsipial qarşıdurmadır. Son illərdə bəzi oyunlarda onlar bizə çətin anlar yaşadıblar. İndi bizim üçün əsas məsələ layiqli cavab verməkdir. "Barselona" hazırda çox yaxşı formadadır. Yaxşı ki, biz də ritm tapmışıq və hazırda zirvədəyik".