Meydanlardan uzun müddətə kənar qalacaq PSJ-nin və Gürcüstan millisinin ulduz futbolçusu Xvıça Kvaratsxeliya aldığı ağır zədə və matçöncəsi duaları barədə emosional açıqlama verib.

Offsideplus.az xəbər verir ki, təcrübəli hücumçu hissələrini bu sözlərlə ifadə edib:

"Oyunöncəsi dua etməyimlə bağlı çox insan mənə sual verir və 'dünyadakı bütün futbolçular dua etsə, matçlar heç-heçə bitər' deyir. Bəlkə də haqlıdırlar, amma mən hər oyundan əvvəl yalnız sağ-salamat meydandan çıxmağı diləyirdim. Puç oldu. Beynimdə eyni sual fırlanıb durur: niyə mən?

Yəqin ki, bu oyuna həyatımda heç bir matça hazırlaşmadığım qədər yaxşı hazırlaşmışdım. Hər şeyə hazır hiss edirdim, zədədən başqa. Tanrının məni seçdiyini anlayıram. Əgər bunun sayəsində meydandakı digər futbolçuları qorumuşamsa, önümüzdəki bu ayları acı çəkərək, çalışaraq, göz yaşları içində keçirməyə hazıram. Hər zaman yanımda olan xalqım üçün güclü qayıtmalıyam, bunu bilirəm.

Sizə xəyanət etməyəcəyəm. Söz verirəm, bir saniyə bile çalışmaqdan vazkeçməyəcəyəm".