Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Rakuv" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, komanda David Şvarqa ilə anlaşıb. 3
6 yaşlı mütəxəssislə 2027/2028 mövsümünün sonunadək müqavilə imzalanıb. O, bu postda Tomaş Kaçmareki əvəzləyib.
Qeyd edək ki, "Rakuv" Polşa çempionatında 6 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb.


