"Bavariya" klubunun yarımmüdafiəçisi Yozua Kimmix UEFA Çempionlar Liqasının Liq mərhələsinin 3-cü turunda İngiltərənin "Arsenal" komandası ilə keçiriləcək oyunun iştirak ərizəsinə daxil edilməyib.
Offsideplus.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb:
"Ailəsindəki ağır itki ilə əlaqədar Yozua Kimmix bugünkü "Arsenal"la matçın heyətində yer almayacaq. Ailənin adından xahiş edirik ki, onların şəxsi həyatına və kədərinə hörmətlə yanaşılsın, bu mövzunun mətbuatda işıqlandırılmasından çəkinilsin. Bütün "Bavariya" klubu Yozua Kimmixə dərin hüznlə başsağlığı verir və bu çətin günlərdə onun yanındadır".


