"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik komandanın keçmiş çalışdırıcısı Erik ten Haqın rəhbərlik və klubdakı "toksik mühit" barədə səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis klub rəhbərliyinin tam dəstəyini hiss etdiyini vurğulayıb:

"Rəhbərliklə çox yaxşı münasibətim var. İşimin öhdəsindən gəlirəm və əlavə zəmanətə ehtiyac duymuram. Rollarımı və məsuliyyətimi yaxşı dərk edirəm. İdman direktoru Ceyson Uilkoks, icraçı direktor Omar Berrada, klub sahibləri və futbolçularla daim açıq söhbətlərimiz olur. Əsas odur ki, hamımız eyni istiqamətdə hərəkət edirik. Ten Haqın dedikləri isə sadəcə onun şəxsi fikridir".

Kerrik niderlandlı mütəxəssisin "klubda toksik mühit hökm sürür" iddiasını rədd edib:

"Mən qaydandan bəri belə bir şey görməmişəm. Futbolçular və məşqçilər korpusu maksimum gücü ilə çalışır. Əgər daxildə həqiqətən də səmimi birlik olmasaydı, nəticə qazanmaq mümkün olmazdı. Komandada böyük həmrəylik və inkişaf etmək istəyi var".