Kristaps Porziņqisin gələcəyi ilə bağlı qeyri-müəyyənliyə baxmayaraq "Qolden Steyt Uorriors" onunla olan müqaviləni ləğv etməyi planlaşdırmır.

Offsideplus.az xəbər verir ki, Porziņqis məşq toplanışından bir gün əvvəl səhhətində problem olduğunu klub rəhbərliyinə bildirdikdən sonra komandaya qoşulmayıb. Klub daxilində onun uzun müddət olmaması narazılıq yaratsa da, "Qolden Steyt Uorriors" oyunçunun vəziyyəti barədə əlavə məlumat açıqlamır.

Daha əvvəl ESPN-in insayderi Şams Çaraniya Porziņqisin basketbol karyerasının gələcəyi barədə ciddi düşündüyünü qeyd etmişdi.