Portuqaliya millisinin yarımmüdafiəçisi Bernardu Silva Kriştiano Ronaldunun yığmadan ayrılması ilə bağlı fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Bernardu Silva uzun illər Ronaldunun yanında oynamağın onun üçün böyük qürur və zövq olduğunu bildirib: "Sən hamımız üçün ilham mənbəyisən. Hər şeyə görə böyük təşəkkürlər, Kriştiano".
Qeyd edək ki, Kriştiano Ronaldu Portuqaliya millisində karyerasını başa vurduğunu açıqlayıb və 7 nömrəli formanı geri qaytardığını bildirib. O, baş məşqçi Jorje Jezusa bu barədə heç nə demədiyini və vida oyunu keçirmək istəmədiyini vurğulayıb.


