Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda ən gözəl qol müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, azarkeşlər "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinghemin AEK-in qapısına topuğu ilə vurduğu qolu turun ən yaxşısı seçiblər. İngiltərəli futbolçunun qolu səsvermədə 44 faiz səslə birinci olub. İkinci yeri komanda yoldaşı Federiko Valverdenin uzaq məsafədən vurduğu qol (23 faiz), üçüncü pilləni isə "Lans"ın oyunçusu Ruben Agiların havadan zərbəsi (20 faiz) tutub.


