Portuqaliyalı mütəxəssis Leonel Ponteş Kriştiano Ronaldu ilə birgə çalışdığı illəri xatırlayıb.

Offsideplus.az xəbər verir ki, Ponteş Ronaldu ilə ilk dəfə 1997-ci ildə, onun cəmi 12 yaşı olanda tanış olduğunu bildirib. Daha sonra "Sportinq"də və Portuqaliya millisində, Ronaldu artıq kapitan olanda, onunla işləmək imkanı əldə etdiyini qeyd edib.

"Kriştiano ilə bir neçə il işlədiyim üçün son dərəcə qürur duyuram. Mən ondan özüm üçün daha çox şey götürdüm, nəinki o məndən. Onun yüksək tələbləri bizi, məşqçiləri, daim yeni strategiyalar axtarmağa vadar edirdi ki, belə istedadlı və iddialı futbolçunun potensialını maksimum üzə çıxaraq. O, həmişə özünə qarşı çox tələbkar, intizamlı olub və komanda yoldaşları üçün həmişə nümunə göstərib – hətta formalaşdığı illərdə belə", – deyə Ponteş vurğulayıb.