"Tottenhem" Harri Keynin "Bavariya Münhen"lə müqaviləsini 2029-cu ilə qədər uzatmasına baxmayaraq, oyunçunu öncəli qaydada geri almaq hüququnu qoruyub saxlayır.

Offsideplus.az xəbər verir ki, 2023-cü ildə İngiltərə millisinin hücumçusu "Bayern Münhen"ə keçərkən, London klubu transfer müqaviləsinə bu hüququ daxil etdirib.

"The Telegraph"ın məlumatına görə, tərəflər arasında əldə olunan razılaşma yeni müqaviləyə baxmayaraq qüvvədə qalır.

Bu bənd yalnız "Bayern Münhen" Keyni satmaq qərarına gəldiyi və 33 yaşlı futbolçu "Tottenhem"ə qayıtmaq istədiyi halda işə düşəcək. Müqavilədə sabit transfer məbləği göstərilməyib.