Fransalı hücumçu Usman Dembele PSJ ilə yeni müqavilə imzalamağa yaxındır.
Offsideplus.az xəbər verir ki, hazırda 2028-ci ilə qədər qüvvədə olan müqavilənin daha iki il uzadılması üçün tərəflər arasında danışıqlar aparılır.
Məlumata görə, müzakirələr konstruktiv və pozitiv atmosferdə davam edir və yekun razılıq hələ əldə olunmasa da, hər iki tərəf mümkün qədər tez razılaşma əldə etməyə çalışır.
Dembele 2023-cü ildən Paris klubunda çıxış edir. Bu müddətdə o, komanda ilə birlikdə Fransa çempionatı və ölkə kubokunu qazanıb, iki dəfə Çempionlar Liqasının qalibi olub və 2025-ci ildə "Qızıl top" mükafatına layiq görülüb.


