“Qarabağ” çox güclü komandadır”.

Offsideplus.az xəbər verir ki, bu sözləri mətbuat konfransında “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev deyib.

Mütəxəssis Misli Premyer Liqasının XI turunda "Qarabağ" üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edib:

Qələbəyə görə şadıq. Lakin qələbə üçün bəzi şeylərdən keçməli olduq, xüsusilə də müdafiədə güclü dayandıq. Hər bir oyun xüsusi hazırlıq tələb edir. Mən daha çox uşaqlara görə sevinirəm. Onlar inandılar ki, güclü rəqiblərə qarşı da oynamaq mümkündür”.

Berdiyev Faiq Hacıyevin komandadan ayrılması ilə bağlı iddialara da aydınlıq gətirib:

“Faiq də digər oyunçular kimi komandamızın üzvüdür. Hər kəs öz şansını gözləyir. Faiq çox yaxşı məşq edir, lakin onun mövqeyində oynayan Silva hazırda yaxşı təsir bağışlayır”.

Qeyd edək ki, "Azərsun Arena"da baş tutan oyunda  qolu 80-ci dəqiqədə Roderik Miller vurub.