Litvanın "Jalgiris" klubu İstanbul səfərində növbəti uğuruna imza atıb və EuroLeague-də ardıcıl dördüncü qələbəsini rəsmiləşdirib. Komanda "Beşiktaş"ı səfərdə 83:67 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, qonaqlar artıq ilk hissədə üstünlüyü ələ alıblar və fasiləyə 45:31 hesabı ilə öndə yollanıblar. Sonuncu hissənin əvvəlində "Jalgiris"in fərqi 25 xala qədər artırması (69:44) rəqibin müqavimətini qırıb. Buna baxmayaraq, "Beşiktaş" ardıcıl 11 xal toplayaraq ağır məğlubiyyətdən qismən qaça bilib.

"Jalgiris"də Auolas Tubelis 14 xalla komandasının ən məhsuldar oyunçusu olub. Marius Qriqonis 13, Yonas Valançunas isə 12 xal və 11 ribaundla dubl-dabl edib. Karsen Edvards 11, Saben Li isə 10 xal toplayıb.

"Beşiktaş"da Yucin Omoruyi 17, Venyen Qabriel 14, Entoni Braun isə 10 xal və 9 ribaundla yadda qalıb.

EuroLeague-in 10-cu turunda digər nəticələr belədir: "Real Madrid" – "Panatinaikos" 112:115 (əlavə vaxtda), "Anadolu Efes" – "Paris" 90:95, "Fənərbağça" – "Baskoniya" 84:65, "Hapoel Tel-Əviv" – "Barselona" 90:93, "ASVEL" – "Bayern" 95:99, "Milano" – "Valensiya" 73:84, "Beşiktaş" – "Jalgiris" 67:83. Digər oyunlar isə davam edir.

Turnir cədvəlinə "Panatinaikos" başçılıq edir (8–2), "Jalgiris" isə 5 qələbə ilə 10-cu pillədə qərarlaşıb.