Roberto De Zerbi "Tottenhem"in bu mövsüm avrokuboklara vəsiqə qazanmaq məqsədinin hələ tez olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, Premyer Liqada 9 turdan sonra "Tottenhem" 9-cu pillədə qərarlaşıb. De Zerbi bu barədə deyib: "Bizim bir çox məqsədimiz var, amma düşünürəm ki, hazırda oyundan-oyuna irəliləməliyik. Hələ o qədər güclü deyilik ki, diqqətimizi başqa məsələlərə yönəldək. Hazırda paltardəyişmə otağında xüsusi bir atmosfer formalaşdırırıq, dəqiq oyun üslubu qururuq. Futbolçular əvvəlkindən daha yaxşı çıxış edirlər. Əlbəttə, fərdi ustalıqla oyunlar qazanmaq mümkündür. İstənilən məqsəd və tapşırıq qoymaq olar, amma indi bunun üçün uyğun vaxt deyil".