Rusiyalı futbol funksioneri Nikolay Naumov "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovun hələ "Monako"nun oyunçusu Aleksandr Qolovindən üstün olmadığını bildirib.

Offsideplus.az xəbər verir ki, Naumov Batrakovun oyunundan sonra yaranan yüksək əhval-ruhiyyənin başadüşülən olduğunu qeyd edib: "Peşəkarlıq sabitliklə ölçülür. Təəssüf ki, Batrakov hətta Rusiyada bəzən çox zəif çıxış edirdi. Gənc futbolçu bu çatışmazlığı aradan qaldırarsa, deməli, təcrübə qazanır və daha stabil olur. Hazırda Batrakov barədə bunu demək olmaz. Qolovin isə artıq ustadır, təcrübəlidir, nə etməli olduğunu yaxşı bilir və səviyyəsini qoruyur. Ona görə də Batrakovun Qolovindən güclü olduğunu söyləmək üçün hələ tezdir".