UFC-nin yüngül çəkidə çempionu İslam Maxaçev Xabib Nurmaqomedovla sambonun qaydalarına əsaslanan nümayiş döyüşü ehtimalına münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Maxaçev bu barədə belə danışıb: "Xabiblə samboda nümayiş döyüşü? Onunla döyüşmək mümkün deyil, çünki çəki dərəcələrimiz fərqlidir. Başqa biri ilə olardı".
Qeyd edək ki, İslam Maxaçev Rusiyada sambonun əməkdar idman ustası, Xabib Nurmaqomedov isə beynəlxalq dərəcəli idman ustasıdır. Maxaçev həmçinin Kolbi Kovinqtonun onu güləş və ya padel oyununa çağırmasına da münasibət bildirib: "Heç bir problem yoxdur. Onun nə güləşdə, nə də padeldə şansı var".


