Portuqaliyanın "Sportinq" klubunun baş məşqçisi Paulu Fonseka Kriştiano Ronaldunun milli karyerasını başa vurması ilə bağlı fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Fonseka Ronaldunun Portuqaliya futbolunun ən böyük siması olduğunu vurğulayıb və ona xüsusi ehtiram göstərilməsinin vacibliyini qeyd edib.
"Bu mövzu ətrafında çox danışılıb və mən kimisə mühakimə etmək üçün burada deyiləm. Hesab edirəm ki, Kriştiano Ronaldo layiqli şəkildə yola salınmalıdır ki, onun bizim üçün nə qədər dəyərli olduğunu hiss etsin. Nə baş verdiyindən və kimin haqlı olmasından asılı olmayaraq, biz bütün dövrlərin ən yaxşı portuqaliyalı futbolçusuna hörmətimizi göstərməliyik. Düşünürəm ki, portuqaliyalılar olaraq belə bir vida oyununun keçirilməsini dəstəkləməliyik. Mən bu oyunun bizim stadionda təşkil olunmasını təklif edərdim. Hesab edirəm ki, artıq inciklikləri bir kənara qoyub, bu ehtiramı göstərməyin vaxtıdır", – deyə Fonseka bildirib.


