Almaniyalı hücumçu Timo Verner "Çelsi"yə keçidinə görə peşman olmadığını bildirib.

Offsideplus.az xəbər verir ki, Verner 2020-ci ildə "Çelsi"yə 47,5 milyon funt sterlinqə transfer olunub. O, açıqlamasında bunları deyib:

"Bəzən düşünürəm ki, bəlkə də "Liverpul"a və ya başqa bir kluba keçsəydim, orada özümü daha rahat hiss edərdim. Çünki həmin komandaların oyun üslubu mənim üçün daha uyğun ola bilərdi, xüsusilə də əks-hücum imkanları daha çox olurdu. Amma bu barədə xüsusi peşmanlığım yoxdur. "Çelsi"də oynadığımız futbol komanda üçün doğru idi, sadəcə mənim oyun tərzimə tam uyğun gəlmirdi.

İngiltərə Premyer Liqasında müdafiəçilər 190-195 sm boyunda olurlar və 100 metr məsafəni 11 saniyədən tez qaçırlar. Onlar əsl vəhşidirlər, sadəcə monstrlardır".