"Barselona"nın baş məşqçisi Hans-Diter Flik La Liqanın 12-ci turunda "Atletiko" ilə qarşıdakı oyun barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Flik sabah Madrid şəhərində keçiriləcək görüşün vacibliyini vurğulayıb: "Hər oyun çox önəmlidir. La Liqada üç-dörd güclü komanda var və onlar turnir cədvəlində bir-birinə çox yaxın mövqedədir. "Atletiko"nu məğlub etmək çox vacibdir. Əlimizdən gələni edəcəyik, amma mövsümün sonuna hələ çox var. Oraya qələbə üçün gedirik, lakin rəqibin güclü komanda və əla baş məşqçiyə sahib olduğunu bilirik. Qarşılaşma asan olmayacaq".
Flik "Atletiko"nun onun üçün ən çətin rəqib olub-olmaması ilə bağlı suala isə belə cavab verib: "Bu, artıq keçmişdə qalıb. Mənim üçün əsas olan sabah baş verəcək hadisələrdir. Qarşıda güclü rəqib var və bizə qələbə lazımdır ki, çempionatda fasiləyə lider kimi yollanaq. Buna görə də sabah gücümüzü və ustalığımızı göstərmək vacibdir".


