"Barselona" yarımmüdafiəçi Mark Bernalla yeni müqavilə imzalayacaq.

Offsideplus.az xəbər verir ki, klub artıq ispaniyalı futbolçu ilə razılıq əldə edib.

Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

19 yaşlı dayaq yarımmüdafiəçisi ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq.

Qeyd edək ki, Mark Bernal cari mövsümdə "Barselona"nın heyətində meydana çıxdığı 13 rəsmi matçda 2 məhsuldar ötürmə edib.