"Kəpəz" klubunun milli komandaların beynəlxalq oyunları ilə əlaqədar yaranan fasilədəki planı müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Misli Premyer Liqasının XI turunda "Neftçi" ilə oyundan sonra 4 günlük istirahətə çıxan komanda noyabrın 10-da bir araya gələcək.

Azər Məmmədovun rəhbərlik etdiyi kollektiv hazırlıq prosesi çərçivəsində noyabrın 14-də I Liqa təmsilçisi "Gəncəbasar"la yoxlama matçında qüvvəsini sınayacaq. Görüş Gəncə şəhər stadionunun ehtiyat meydançasında tut tutacaq.

"Sarı-göylər" fasilədən sonra çempionatda ilk oyununu noyabrın 22-də evdə "Qarabağ"a qarşı keçirəcək.