“Real”ın hücumçusu Vinisius Junior bu mövsüm əvvəlki illə müqayisədə daha az meydanda olur.

Offsideplus.az xəbər verir ki, “AS” nəşrinin məlumatına görə, braziliyalı futbolçu hazırkı baş məşqçi Joze Mourinyonun rəhbərliyi altında ötən mövsümlə müqayisədə hər oyunda orta hesabla 12 dəqiqə az oynayır.

Vinisius bu mövsüm indiyədək 801 dəqiqə meydanda olub. Ötən mövsümün eyni dövründə isə bu göstərici 1284 dəqiqədir.