Azərbaycan idmançısı Nihad Süleymanlı Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çimərlik güləşi yarışlarında gümüş medal qazanıb.
Offsideplus.az xəbər verir ki, 80 kiloqram çəkidə mübarizə aparan idmançımız finalda Marquette Diopa məğlub olub.
Qeyd edək ki, Oyunların ilk günündə Azərbaycan cüdoçusu İbrahim Talıbov (55 kiloqram) komandamıza “Dakar-2026”nın ilk qızıl medalını qazandırmışdı.


