“Azərbaycan xalqını qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edirəm”.
Offsideplus.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Yuri Maksimov mətbuat konfransında deyib.
Mütəxəssis Misli Premyer Liqasının 11-ci turu çərçivəsində "Şəfa" ilə heç-heçə etdikləri matçla (2:2) bağlı fikirlərini bölüşüb:
"Oyun bərabər mübarizə şəraitində keçdi. Nəticəyə baxmayaraq komandamın oyunundan razı qaldım. Sadə səhvlərdən iki qol buraxdıq. Heyətlə bağlı itkilərimiz olduğu üçün ehtiyat oyunçular skamyamız geniş deyildi. Qarşıdakı iki həftəlik fasilədən səmərəli istifadə etməyə çalışacağıq. Zədəli futbolçularımız var. “Zirə” ilə matçda da üç oyunçumuz zədələndi. İki həftəlik fasilədə onların sıraya dönəcəyini gözləyirik. Bu dövrdə məşqlərimizi davam etdirəcəyik”.
Qeyd edək ki, matçda "Şəfa"nın qollarını Bafode Dansoko (6) və Arsen Ağcabəyov (39) vurublar. "Araz-Naxçıvan"ın heyətində isə Ağadadaş Salyanskiy (35) və Mohamed Mara (43) fərqləniblər.


