Bu gün Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin 4-cü Yay Olimpiya Oyunları çərçivəsində çimərlik güləşi üzrə yarışlara start götürüb.
Offsideplus.az xəbər verir ki, Azərbaycan komandasının iki idmançısı da yarışda mübarizəyə başlayıb.
Təmsilçilərimizdən Nihad Süleymanlı (80 kq) və Günel Kərimli (55 kq) qrup mərhələsində keçirdikləri üç görüşü qələbə ilə başa vurublar.
Nihad Süleymanlı finala vəsiqə uğrunda yunanıstanlı Konstantinos Mourtzilakislə qarşılaşacaq.
Digər təmsilçimiz Günel Kərimli (55 kq) isə finala vəsiqə uğrunda seneqallı Elizabet Diatta ilə üz-üzə gələcək.


