"Arsenal" İngiltərə Premyer Liqasında mövsümə indiyədək ən yaxşı startlarından birini verib.

Offsideplus.az xəbər verir ki, Mikel Artetanın rəhbərlik etdiyi London klubu 10-cu turda "Hall Siti"ni 1:0 hesabı ilə məğlub edib. Bu, "Arsenal"ın çempionatda 9-cu qələbəsi olub və yalnız bir dəfə uduzub. Komanda Premyer Liqa tarixində cəmi ikinci dəfə ilk 10 oyundan sonra 27 xal toplayıb. Eyni nəticə 2022/23 mövsümündə də qeydə alınmışdı və həmin mövsümdə "Arsenal" ikinci pillədə qərarlaşmışdı.