PSJ-nin qapıçısı Matvey Safonov Fransa Liqa 1-də "Trua" ilə oyunda qapısından top buraxmayıb.

Offsideplus.az xəbər verir ki, rusiyalı qolkiper bu qarşılaşmada üç zərbəni dəf edib (onlardan ikisi cərimə meydançası daxilindən olub) və ötürmələrdə 89,5 faiz dəqiqlik göstərib. Safonov GOL İndeksinə əsasən 7,3 bal alıb. Oyunun ən yaxşısı isə qolun müəllifi olan müdafiəçi İlya Zabarniy seçilib (8,7 bal).

Bu, Safonovun mövsümdə ardıcıl ikinci quru oyunu olub. 3 noyabrda Çempionlar Liqasında "Vilyarreal" da ona qol vura bilməyib (6:0). Mövsüm ərzində Safonov 16 matçda 17 qol buraxıb və 4 dəfə qapısını toxunulmaz saxlayıb.