"Mançester Siti"nin baş məşqçisi Enzo Mareska İngiltərə Premyer Liqasında "Nottingem Forest"ə 1:3 hesabı ilə uduzduqları oyunu şərh edib.

Offsideplus.az xəbər verir ki, Mareska ilk hissədə komandasının bütün ikili mübarizələri uduzduğunu bildirib:

"Birinci hissədə lazım olan intensivliyi saxlaya bilmədik və bütün mübarizələrdə uduzduq, bu da vəziyyəti çətinləşdirdi. Reaksiya vermək istəyəndə artıq gec idi. Birinci qolda topu oynatmağa və hücum qurmağa çalışdıq, belə hallar futbolda olur. İkinci qolda mərkəz bölgəsində mübarizəni uduzduq. Üçüncü qolda isə onların cərimə meydançası kənarında mübarizəni itirdik. Mövsümə yeddi qələbə ilə başlamışdıq, bu, əvvəllər baş verməmişdi. İndi isə ardıcıl üç məğlubiyyətimiz var. Futbol belədir. Bu oyunçuları əvvəllər tanımırdım, birlikdə cəmi 3-4 aydır çalışırıq. Mən onları, onlar isə məni daha yaxşı tanımalıdır. Bu isə vaxt tələb edir".