Stefen Karri "Qolden Steyt Uorriors"un "Orlando"ya qarşı keçirilən gərgin oyununda əsas fiqura çevrilib. İkiqat MVP dördüncü hissənin son 2 dəqiqə 30 saniyəsində və əlavə vaxtda ümumilikdə 17 xal toplayaraq matçı 41 xalla başa vurub.
Offsideplus.az xəbər verir ki, Karri bu möhtəşəm çıxışı ilə "Qolden Steyt Uorriors"un ardıcıl yeddinci qələbəsini təmin edib. Görüş 126:119 hesabı ilə başa çatıb.


