Luka Donçiçin "Detroyt Pistons"a qarşı keçiriləcək qarşılaşmada iştirakı qeyri-müəyyəndir. Belə ki, ulduz oyunçu bel əzələsində yaranan spazm səbəbindən meydanda olub-olmayacağına dair qərar hələ verilməyib.

Offsideplus.az xəbər verir ki, bu oyun "Los Anceles Leykers"in səfər turunun ilk matçıdır və ardıcıl iki qarşılaşmanın birincisi olacaq. Hazırda Donçiç NBA-in ən məhsuldar oyunçusudur – o, orta hesabla 40,1 xal toplayır, ümumi atışlarda dəqiqliyi 49,8%, üçxallıq atışlarda isə 41,9%-dir.