La Liqanın "Valensiya"–"Real Madrid" oyununda maraqlı an yaşanıb.
Offsideplus.az xəbər verir ki, qarşılaşmanın sonlarında hesab 3:0 olarkən "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellingem rəqib müdafiəçi ilə mübarizədən sonra cərimə meydanında yerə yıxılıb. "Valensiya"nın qapıçısı Stole Dimitrievski ingilis futbolçuya yaxınlaşaraq ona irad bildirib. Bellingem isə cavab olaraq makedoniyalı qapıçıya üç barmaq göstərib və bununla da onun buraxdığı qolların sayına işarə edib. Hakim Fransisko Maeso epizoda reaksiya verməyib.


