Viktor Vembanyama 29 xalla parladığı qarşılaşmada "San Antonio Spurs" "Portland Trail Bleizers" üzərində 125:103 hesablı inamlı qələbə qazanaraq ardıcıl səkkizinci dəfə meydanı qalib tərk edib.
Offsideplus.az xəbər verir ki, fransalı ulduz cəmi 13 atışda 29 xal toplamaqla yanaşı, 7 ribaund və 3 assistlə də yadda qalıb. "San Antonio Spurs" bu nəticə ilə mövsümdə 8-ci qələbəsini əldə edib və 10 oyundan sonra 8–2 göstəricisi ilə irəliləyir.
Vembanyama komandanın hazırkı vəziyyətindən razı qaldığını bildirib: "Əla vəziyyətdəyik. Mövsüm sürətlə keçir, amma biz inkişaf edirik, hər kəs yeni rollarını mənimsəyir".
O, komandanın uğurunun əsas səbəblərindən danışarkən oyun planına və komanda yoldaşlarına inamın vacibliyini vurğulayıb: "Oyun planına, komanda yoldaşlarımıza güvənməliyik. Çünki bilirik ki, bizdə istedad var".
Vembanyama həmçinin qeyd edib ki, "Spurs" müxtəlif tipli oyunlarda sınaqdan çıxıb və qarşıda hələ çox çətinliklərin olacağını düşünür: "Bir neçə fərqli şəkildə sınaqdan keçmişik, amma bizi hələ çox sınaqlar gözləyir. Mövsüm uzun və qarşıda gözlənilməz çətinliklər olacaq".


