Şərq Konfransının ötən mövsüm finalında qarşılaşan "Nyu-York Niks" və "Klivlend Kavalers" komandalarının oyununda Ceylen Branson və Donovan Mitçell fərqləndi.
Offsideplus.az xəbər verir ki, Branson 31 xal, 6 ribaund və 9 assistlə komandasının lideri olub. O, meydançadan 25 atışdan 12-ni, üçlükdən 7-dən 3-nü, cərimə atışlarından isə 5-dən 4-nü dəqiq yerinə yetirib. İkinci hissədə ardıcıl 18 xal toplayan Branson "Niks"in oyuna nəzarəti ələ almasına imkan verib və son dəqiqələrdəki vacib atışı ilə "Kavalers"in geri dönüş cəhdini dayandırıb.
Donovan Mitçell isə 37 xalla mövsümdə şəxsi rekordunu müəyyənləşdirib. O, son hissədə 21 xal toplayıb, ümumilikdə isə meydançadan 22 atışdan 13-nü, üçlükdən 13-dən 5-ni, cərimə atışlarından isə 11-dən 6-nı dəqiq yerinə yetirib. Nəticədə "Nyu-York Niks" "Klivlend Kavalers" üzərində 109:97 hesabı ilə qələbə qazanıb.


