"Çikaqo Bulls"un sabiq ulduzu Derrik Rouz uşaqlıq illərində klubun əfsanəvi dövrünə şahidlik etməsinə baxmayaraq, Maykl Cordanın oyunlarını demək olar ki, izləmədiyini etiraf edib.
Offsideplus.az xəbər verir ki, təcrübəli basketbolçu vaxtının böyük hissəsini küçədə basketbol oynamaqla keçirdiyini bildirib.
Rouz uşaqlıq xatirələrini bölüşərkən bu sözləri deyib:
"Mayklın oyunlarını izləmirdim, "Çikaqo Bulls" çempionluq qazandığı vaxtlar mən küçədə idim. Qardaşlarım oyunların sonuna yaxın məni evə çağırırdılar, çünki şəhərdə böyük bayram başlayacaqdı. Onlar deyirdilər: "Gedib Puxanı çağırın, oyun bitir, küçədə qala bilməz". Mən də evə girirdim, amma pəncərədən dostlarımın küçədə oynamasına baxırdım".


