"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandasının hücumda daha səmərəli olmasının vacibliyini vurğulayıb.

Offsideplus.az xəbər verir ki, Premyer Liqanın 10-cu turunda "Arsenal" səfərdə "Hall"ı 1:0 hesabı ilə məğlub edib. Arteta matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:

"Daha səmərəli olmalıyıq. İki dəfə qapıçı ilə təkbətək vəziyyətimiz oldu. Penalti epizodu və cərimə meydanında topun qapı qarşısında dolaşdığı anlar vardı. Bir çox zərbəmiz bloklandı və ya rikoşet etdi. Daha effektiv yollar tapmalıyıq, bəzən isə daha praqmatik olmalıyıq. Dərin müdafiə olunan komandalarla oyunlarda bəzən ideal qol vurmağa çalışırıq. Əslində isə daha xaotik oynamalıyıq – əsas məsələ budur. Həmçinin hesabı tez açmaq lazımdır, çünki bu, oyunun gedişatını tamamilə dəyişir".