İtaliyanın tanınmış mütəxəssisi Massimiliano Alleqri "Napoli"nin baş məşqçisi kimi A Seriyasının 11-ci turunda "Latsio" ilə heç-heçə başa çatan oyunu dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. "Napoli" son beş oyunda cəmi bir qələbə qazanıb və hazırda 15 xalla turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.

Alleqri bildirib: "Bəzi oyunçularımız qayıdacaq və az da olsa nizam-intizam yaradanda turnir cədvəlində yenidən irəliləyəcəyik. Futbolçulara təşəkkür edirəm, çünki əvvəlki oyundan sonra asan deyildi. İndi bir neçə oyunçumuz geri dönəcək, bu da sıx oyun qrafikindən sonra çox vacibdir. Nəticədə, daha bir addım irəli atdıq. İşimizi davam etdirməliyik. Turnir cədvəlində geri qalırıq, amma qarşıda hələ çox vaxt var. Keçən il "Milan"da olanda 8 xal üstünlüyümüz var idi, amma cəmi bir ay yarımda 11 xal itirdik. Hər mövsümdə çətin dövrlər olur, amma bunları soyuqqanlılıqla aşmaq və hər şeyi düzəltmək lazımdır".