"Barselona" Almaniyanın "Ayntraxt Frankfurt" klubunun gənc ulduzu Niko İliçeviçi transfer hədəfləri siyahısına daxil edib.
Offsideplus.az xəbər verir ki, hücumameyilli yarımmüdafiəçi qısa müddət ərzində Almaniya Bundesliqasında tarix yazaraq Avropanın aparıcı klublarının diqqətini çəkməyi başarmışdır.
-
Tarixi debüt: İliçeviç "Hamburger SV" ilə matçda meydana daxil olaraq (3:1) 16 yaş 1
günlük ikən Bundesliqa tarixində matça çıxan ən gənc oyunçu statusunu (Yusufa Mukoko ilə birlikdə) bölüşdürüb. -
Klubun mövqeyi: "Eintracht Frankfurt" gənc istedadla rəsmi müqavilə bağlasa da, Avropanın top-klublarının onun ətrafındakı vəziyyəti yaxından izləməsi rəhbərliyi diqqətli olmağa vadar edir.
-
Oyun profili: Topla irəliləmək, dəqiq ötürmələr vermək və hücum epizodlarındakı bacarıqları ilə seçilən İliçeviç "Barselona" skautları tərəfindən gələcəyin böyük ulduzlarından biri kimi qiymətləndirilir.


