"Mançester Yunayted"in hücumçusu Mateus Kunya komandanın iki qol geridən gələrək hesabı bərabərləşdirdiyi qarşılaşmadan sonra səmimi və tənqidi açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçu komandanın ümumi çıxışından narahatlığını gizlətməyərək dəyişikliklərin zəruriliyini vurğulayıb.
Kunya klubun mövcud durumunun qəbuledilməz olduğunu açıq şəkildə ifadə edib:
"Biz özümüzə baxmalı və daxildən dəyişikliklər etməliyik. Bu, hər kəsə — oyunçulara, heyətə və bütün komandaya şmildir. Bura nəhəng klubdur və bu cür hiss etmək qəbuledilməzdir.
Keçən mövsüm olduğu kimi hələ qazana biləcəyimiz matçlar var, lakin baş verənlərdən dərs çıxarmalıyıq. Eyni səhvləri təkrarlaya bilmərik və sadəcə hər şeyin dəyişdiyini iddia edə bilmərik."


