Dieqo Simeone "Atletiko"nun La Liqanın 12-ci turunda "Barselona"ya 1:2 hesabı ilə uduzmasına münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, argentinalı mütəxəssis oyunçularından qürur duyduğunu deyib:
"Oyunçularımla fəxr edirəm. Bu, əla qarşılaşma idi. Komandam çox yaxşı çıxış etdi. Oyun ərzində istədiyimiz kimi oynadıq. Belə səviyyəli matçlarda vacib olan imkanlardan istifadə edə bilmədik və fürsətlərini dəyərləndirən komandaya uduzduq. İkinci hissədə çox şey dəyişmədi. Top onlarda idi, amma real imkanlar yaratmadılar. Bizim isə Xulian və Baena ilə Serlotun epizodları oldu, lakin rəqib daha səmərəli oynadı: bir imkandan qol vurdular".
Xulian Alvares barədə isə Simeone belə deyib:
"O, istedadlı futbolçudur, biz onu çox sevirik və komandaya lazımdır. Onunla işləməyə davam edəcəyik. Bu gün beş epizodun üçündə və ya dördündə iştirak etdi. Sadəcə, fərqlənməsi üçün qol çatmadı, amma bu, gələcəkdə olacaq".
Bir həftədə iki məğlubiyyətlə bağlı isə Simeone qısa cavab verib: "Sakitlik, vəssalam".


