Aleksandr Qolovin bu gün baldır əzələsindəki zədə ilə bağlı MRT müayinəsindən keçəcək.

Offsideplus.az xəbər verir ki, "Monako"nun yarımmüdafiəçisi Liqa 1-in "Le Man"a qarşı oyununda (1:1) 54-cü dəqiqədə zədə səbəbindən əvəzlənib. Müayinə 30 yaşlı futbolçunun zədəsinin dəqiq xarakterini, ağırlıq dərəcəsini və bərpa müddətini müəyyən edəcək. Bu səbəbdən Qolovin Rusiya millisinin 12 və 17 noyabrda keçiriləcək Özbəkistan və Venesuela ilə yoldaşlıq oyunlarını buraxa bilər.