"Bayern Münhen"in qapıçısı Manuel Noyer zədəsi ilə bağlı fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, 40 yaşlı qolkiper Bundesliqada "Maynts"lə oyunda (2:1) ayaq pəncəsində qismən vətər qopması səbəbindən 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq.
"Zədə futbolda hər zaman gözlənilməz olur, amma bu, oyunun bir hissəsidir. Mən artıq belə bir vəziyyətdən keçmişəm və bu dəfə də öhdəsindən gələcəyəm. İndi bütün diqqətimi bərpaya yönəldirəm. Meydanda komanda yoldaşlarıma əlimdən gələn dəstəyi verəcəyəm. Dəstək sözlərinizə görə hər birinizə təşəkkür edirəm", – deyə Noyer bildirib.


